Bələdiyyə sədrləri barədə 100-ə yaxın protokol məhkəmələrə göndərilib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Ötən il qanunvericiliyin tələblərini pozan bələdiyyə sədrləri barədə 98 inzibati xəta haqqında protokollar məhkəmələrə göndərilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə nazirliyin 2017-ci ilin yekunları barədə keçirdiyi iclasda qeyd edilib.

Bildirilib ki, həmin protokolların əksəriyyəti barədə artıq işlərə baxılaraq inzibati məsuliyyətə cəlb ediliblər.

Həmçinin qeyd edilib ki, yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında 2017-ci ildə 62.600 bələdiyyə aktına baxılıb və nazirliyin təklifləri əsasında 1.454 akt ləğv edilib və ya dəyişdirilib, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 2.640 hektar torpaq sahəsi geri qaytarılıb.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp