Azərbaycanda qızılgülün daha 2 sortu yetişdirilib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycanda qızılgülün daha 2 sortu yetişdirilib. Beləliklə, ölkəmizdə yetişdirlən qızılgül sortlarının sayı 31-ə çatıb.

Milli.Az bildirir ki, güllərə akademik İmam Mustafayev və akademik Həsən Əliyevin adı verilib. “İmam Mustafayev” gülünün qeyri-adiliyi onun rəngindədir.

Uzunmüddətli tədqiqatlardan sonra həmin sortları yaratmağa nail olan Mərkəzi Nəbatat Bağının Çiçəkçilik Laboratoriyasının rəhbəri Asəf İsgəndərov “Həsən Əliyev” qızılgül sortunun uzunömürlülüyü və xəstəliklərə davamlılığı ilə seçildiyini deyir.

Azərbaycana gətirilən qızılgüllərə aqrotexniki qulluq göstərilsə də, onlar xəstəliklərə asan tutulur, yayın istilərinə və quraqlığa davam gətirmir və quruyurlar. Yeni sortlar isə Azərbaycanın, xüsusilə Abşeronun iqlim şəraitinə tam uyğundur. Bu güllər quraqlığa və istiyə davamlı olmaqla yanaşı, fasiləsiz çiçəkləyir, xəstəlik və ziyanvericilərə qarşı immunitetləri yaranır.

Qeyd edək ki, qızılgüllərin yeni sortları yazda çiçəkləyəcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda qızılgülün daha 2 sortu yetişdirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp