Azərbaycan neftinin qiyməti 3 ildən sonra 72 dolları keçdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 25-də 72,18 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,77 dollar/barel çoxdur. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

Sonuncu dəfə Azərbaycan neftinin qiyməti 2014-cü il dekabrın 3-də 72 dollardan yuxarı olmuşdu (72,56 dollar).

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 25-də 71,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,76 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 25-də 68,53 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,69 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə yanvarın 25-də 70,58 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,67 dollar/barel çoxdur.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp