Afrikalılar Davosda Trampın çıxışını boykot etməyə hazırlaşırlar



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bir sıra Afrika ölkələrinin nümayəndələri Davosda keçirilən Dünya İqtisadi Forumunda ABŞ Prezidenti Donald Trampın çıxışını boykot etməyə hazırlaşırlar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, etiraza səbəb bundan əvvəl D.Trampın Afrika ölkələri haqqında nalayiq sözlər işlətməsi olub.

Afrika ölkələrinin nümayəndə heyətləri Birləşmiş Ştatların rəhbərini üzr istəməyə çağırır.

Qeyd edək ki, yanvarın 11-də D.Tramp ABŞ Konqresinin üzvləri ilə miqrasiya islahatlarına həsr olunmuş görüşündə Afrika ölkələrini “murdar dəlik” adlandırmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp