ABŞ-da zəlzələ olub
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
ABŞ-ın Kaliforniya ştatında 5,8 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ Geoloji Xidmətinə istinadla verdiyi məlumata görə, yeraltı təkanların episentri Ferndeyl şəhərindən 173 km qərbdə, ocağı isə 5,1 km dərinlikdə yerləşib. Yeraltı təkanlar yerli vaxtla saat 16:39-da qeydə alınıb.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir. Tsunami təhlükəsi yoxdur.
Milli.Az