15 nəfər soyuqdan öldü
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Qırğızıstanın paytaxtı Bişkekdə yanvarın əvvəlindən etibarən kəskin soyuqlardan 15 nəfər həlak olub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, paytaxtda və ölkənin digər bölgələrində anomal soyuqlar hökm sürür. Ölkə meteoroloqları bəzi günlərdə temperaurun -26 dərəcəyədək düşdüyü barədə məlumatlar yayıblar.
Qeyd olunur ki, hüquq-mühafizə orqanları müntəzəm olaraq küçələrdə reyd keçirərək donan sakinlərin olub-olmadığını müəyyənləşdirir. Bu reydlər zamanı 85 nəfər donmadan xilas edilərək sosial düşərgələrə yerləşdirilib.
Milli.Az