“15-20 maşın satmışam”” – Ağrılarına görə oğurluq edən şəxs – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Abşeronda isə keçmiş məhkum heroinlə yaxalanıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, onun cinayəti bununla yekunlaşmayıb. Həmin şəxsin daha hansı əməlləri törətdiklərini süjetdən biləcəksiniz.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hökməli qəsəbə sakini əvvəllər 2 dəfə məhkum olunmuş Əmrulla İsmayılov yaşadığı qəsəbədə saxlanılıb. 

Onun üzərinə keçirilən baxış zamanı narkotik vasitə olan heroin aşkarlanıb. İdarəyə gətirilən şəxsin ətrafında aparılan araşdırmalar zamanı onun oğurluq cinayətlərinin də üstü açılıb.

Avtomobil təmiri ilə məşğul olduğunu deyən Əmrulla İsmayılov dindirilərkən törətdiyi cinayətləri etiraf edib:

“Ağrılarım olurdu. Mən də 15-20 yaxın sahibsiz maşınları satmışam. Etdiyim hərəkətə görə peşmanam”.

Faktla bağlı Abşeron Rayon Pİ-nin istintaq şöbəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp