12 ulduzlu buraxılış hazırlandı – FOTO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Dünyaca məşhur “Vanity Fair” jurnalı “12 Extraordinary Stars, One Momentous Year” adlı xüsusi buraxılış hazırlayıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, jurnalın 24-cü sayı ənənəvi olaraq Hollivuda həsr olunub. Bu sayda aktyorlardan və teleulduzlardan bəhs olunur.

Məşhur fotoqraf Enni Leybovisin fotokameralarının önündə Opra Uinfri, Nikol Kidman, Riz Uizerspun, Tom Henks, Maykl B. Cordan, Zendaya, Kler Foy, Cessika Çesteyn, Maykl Şennon, Harrison Ford, Qal Qadot, Robert De Niro və “Vanity Fair”in baş redaktoru Qreydon Karter vardı.

Jurnala 25 il rəhbərlik etmiş Qreydon Karter üçün bu buraxılış “Vanity Fair”in baş redaktoru qismində son saydır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp