Əməkdar artist kövrəldi: “Kaş o səhvləri etməzdim”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Əməkdar artist Gülüstan Əliyeva ən böyük peşmanlığından danışıb. Milli.Az-a açıqlama verən əməkdar artist bunları bildirib:

“Allah həyatda heç kimi peşman etməsin. “Kaş ki”-lər hamının həyatında var və olacaq da. Təbii ki, məndə də olub. Sonradan fikirləşmişəm ki, kaş o səhvləri etməzdim. Artıq olan olmuşdu, sonrakı peşmanlığın faydası yox idi. Əslində “kaş ki” deməyin özü də bir təcrübədir. İnsan səhvləri ilə böyüyür. Həyatın fəsadlarından heç kim sığortalanmayıb” deyə əməkdar artist bildirib.

Əməkdar artist teatrdakı rollarından da danışıb:

“Opera və Balet teatrında bir çox tamaşalarda iştirak edirəm. Təbii ki, bir aktrisa kimi də bu məni sevindirir. Bizim teatrımızda çox böyük rəqabət var. Bu rəqabət hələ illər öncə başlayıb. Bu da inkişafa xidmət edir” deyə müğənni bildirib.

Əli Rəhimoğlu

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp