Yaponiyada burun tüklərini təmizləyən qeyri-adi cihaz yaradıldı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Yaponiyalı tərtibatçılar dünyaya burun boşluğunda arzuolunmaz tükləri təmizləmək üçün qeyri-adi aksesuar təqdim ediblər.

Milli.Az lent.az-a istinadən bildirir ki, cihaz istənilən smartfon modelinə birləşdirilə bilir.

Yaponiyanın “Thanko” şirkəti istənilən vaxt burunda bitən tüklərdən asanlıqla yaxa qurtarmaq üçün istifadə edilə biləcək yeni məhsulunu nümayiş etdirib. Cihaz həcminə görə çox kiçikdir və istənilən marka smartfona birləşdirilə bilir. Məhz onun köməyi ilə istifadəçi arzuolunan məqsədə çata biləcək. 

Cihazın qiyməti cəmi 13 dollardır. Tərtibatçıların sözlərinə görə, onu doldurmağa ehtiyac yoxdur. Bunun üçün smartfonun batareyası kifayətdir.

 

Qeyd etmək lazımdır ki, cihaz həm “Android”, həm də iOS əməliyyat sistemli smartfonlarda çalışır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp