Yapon dənizində itən gəminin göyərtəsindəki azərbaycanlıların ADLARI
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Yapon dənizində itən Rusiyanın “Vostok” gəmisinin göyərtəsində olan azərbaycanlıların adları açıqlanıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, onlar 1972-ci il təvəllüdlü Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü Ruslan Əlizadədir.
Qeyd edək ki, Saxalində “Vostok” balıqçı gəmisinin itməsi ilə əlaqədar cinayət işi açılıb.
Təhqiqat RF Cinayət Məcəlləsinini 236-cı maddəsinin 3-cü bəndi üzrə (Dəniz nəqliyyatının hərəkəti və istismarı üzrə təhlükəsizlik qaydalarının pozulması – ehtiyatsızlıqdan 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda) aparılır.
“Vostok” gəmisi Koreya Respublikasının Donqhe limanından Saxalin vilayətinin Holmsk limanına hərəkət edirmiş. Gəminin göyərtəsində 21 nəfər olub. Yanvarın 24-ü gecə qəza siqnalından sonra gəmi ilə əlaqə kəsilib. Axtarışlar davam edir.
Milli.Az