Xilasedicilər itən gəminin heyət üzvləri sahildə də axtarılacaqlar



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Uzaq Şərq Regional axtarış-xilasetmə bölməsinin xilasediciləri itən “Vostok” gəmisinin ekipaj üzvlərinin sahil zolağında axtarışı ehtimalını istisna etmirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bölmənin mətbuat katibi Yelena Çuvaşova bildirib ki, sahillə qəza siqnalının işə düşdüyü yer arasında yüzlərlə kilometr məsafə olduğunu unutmaq olmaz: “Dənizçiləri sahildə tapmaq ehtimalı elə də böyük deyil, hələ belə qərar qəbul edilməyib. Bununla belə, xilasedicilər sahildə axtarışı istisna etmirlər”.

O əlavə edib ki, Primoryenin cənub sahili buxta və körfəzlərə görə çox girintili-çıxıntılıdır və yüzlərlə km boyunca uzanır: “Həmçinin buzlaq sahələr sahildə axtarışı çətinləşdirəcək”.

Qeyd edək ki, Saxalində “Vostok” balıqçı gəmisinin itməsi ilə əlaqədar cinayət işi açılıb.

Təhqiqat RF Cinayət Məcəlləsinini 236-cı maddəsinin 3-cü bəndi üzrə (Dəniz nəqliyyatının hərəkəti və istismarı üzrə təhlükəsizlik qaydalarının pozulması – ehtiyatsızlıqdan 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda) aparılır.

“Vostok” gəmisi Koreya Respublikasının Donqhe limanından Saxalin vilayətinin Holmsk limanına hərəkət edirmiş. Gəminin göyərtəsində 21 nəfər olub. Yanvarın 24-ü gecə qəza siqnalından sonra gəmi ilə əlaqə kəsilib. Axtarışlar davam edir.

Gəmidə olanlardan 2-si azərbaycanlıdır – 1972-ci il təvəllüdlü Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü Ruslan Əlizadə.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp