Valideynlərini itirən uşaqların təhsil haqqı büdcədən ödənilə bilər



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycanda 18 yaşına qədər valideynlərinin hər ikisini itirmiş və yaxud valideyninin birini itirmiş, digəri ikinci qrup əlil olan uşaqların təhsil haqqının dövlət büdcəsindən ödənilməsi məsələsi Milli Məclisdə yenidən müzakirəyə çıxarılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin bu gün keçirilən iclasında bildirib ki, bununla bağlı komitədə işlər gedir, xeyli materiallar toplanılıb.

H.Rəcəblinin sözlərinə görə, təxmini hesablamalara görə, Azərbaycanda təhsil müəssisələrində 100-dən artıq belə uşaq təhsil alır. H.Rəcəbli bu məsələnin komitənin gündəliyinə daxil edilməsinin məqsədəuyğun olduğunu bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp