Türkiyə ilk dəfə Suriyanın Mənbic şəhərinə zərbələr endirdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) “Zeytun budağı” əməliyyatı çərçivəsində ilk dəfə Suriyanın Mənbic şəhərinə aviazərbələr endirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, həmin ərazilərin PYD və YPG terror təşkilatlarının nəzarətində olduğu bildirilir.

Zərbələr nəticəsində YPG-nin qərargahlarından biri darmadağın edilib.

Rəsmi Ankara bu məlumatı nə təsdiq, nə də təkzib edir. Bundan əvvəl Türkiyə hakimiyyəti hərbi əməliyyatın miqyasının genişlənəcəyini istisna etməyib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp