Tovuzda zəncirvari qəza: yaralılar var
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Tovuz rayonunda zəncirvari yol qəzası baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, rayonun Aşağı Quşçu kəndində 3 avtomobil toqquşub.
Nəticədə avtomobillərdən birində olan iki nəfər – rayonun Əsrik Cırdaxan kənd sakini, 1992-ci il təvəllüdlü Eyvazov Mirzə Paşa oğlu və Qovlar qəsəbə sakini Namazov Namaz Məcid oğlu müxtəlif dərəcəli bədən xəasrətləri ilə xəstəxanaya yerləşdirilib.
Milli.Az