Teleqüllə yaxınlığında yaşayan sakinlər: Heç yerə köçən deyilik



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Min bir əziyyətlə kredit götürüb ev tikmişik. İndi isə deyirlər, evindən çıx, çünki sürüşmə ola bilər”. 

Milli.Az xəbər verir ki, bunu oxu.az-a Səbail rayonunun Bayıl yamacında (Teleqüllə yaxınlığında), sürüşmə sahəsində yaşayan sakinlər bildiriblər.

Onların sözlərinə görə, ərazidəki tikililərin çoxunun sənədi yoxdur:

“Tikinti başlayanda müvafiq olaraq İcra Hakimiyyətindən, Mənzil Kommunal və Texniki Xidmət Sahələri və polisdən icazə almışıq. Burada daşı daş üstündə qoyanda dövlət nümayəndələri peyda olur. İndi isə deyirlər, gizli tikmisən, bu necə olur?!”

Sakinlər qeyd ediblər ki, icra nümayəndələri onlarla görüşüb, lakin evlərlə bağlı dəqiq söz deyilməyib.

Kompensasiya məsələsinə gəlincə, sakinlərin sözlərinə görə, bu mövzu ilə əlaqədar onların suallarına cavab verilmir:

“Deyirlər ki, məsələ Nazirlər Kabinetinin nəzarətindədir, müvafiq danışıqlar aparılır. Biz buradan heç yerə köçən deyilik, hazırkı vəziyyətimizi suriyalılarla müqayisə etmək olar. Evimizə köçməyənə qədər odun ətrafında yığışacağıq”.

Təhlükəsizlik tədbirləri ilə əlaqədar, əraziyə qaz, su və işığın verilişi sayandırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp