“Sürüşmə zonasındakı aktivlik evlər üçün təhlükə yaradır”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bayıl yamacında sürüşmə zonası ilə bağlı aidiyyəti qurumlar təkliflərini təqdim etməlidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyası tərəfindən ərazidə baş verən sürüşmə prosesinin dinamikasında aktivlik, baş verən proseslər haqqında tədqiqat işləri aparılıb: “Hazırda ərazidə mayaklar, reperlər quraşdırılıb, nəzarət edilir. Ərazidə quraşdırılan mayaklara, reperlərə istinadən, demək olar ki, prosesin dinamikasında aktivlik müşayiət edilir. Aparılan digər tədqiqat işlərinin nəticələri barədə də məlumat veriləcək. Aktivlik prosesi yamacın aşağı hissindəki evlər üçün təhlükə yaradır. Tam araşdırmalar başa çatana, tədqiqatlar yekunlaşıb son qərar verilənə qədər əhalinin ehtiyatlı olması lazımdır”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp