Show Radıo-ya və “Matrax” proqramına AĞIR CƏZA



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycan hər zaman Türkiyənin tapdanan hüquqlarını müdafiə edib. Bu dəfə eyni reaksiya Türkiyədən gəldi. Türkiyə dövləti strateji tərəfdaşı olan Azərbaycanın prezidenti və onun ailə üzvlərinə qarşı aşağılayıcı yanaşmanı bağışlamadı.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, RTÜK-də (Türkiyənin Radio və Televizya Ali İdarəsi) “Show radıo”da səsləndirilən xoşagəlməz ifadələr müzakirə edilib.

RTÜK-ün bu gun keçrilən iclasında Zeki Kayahan Coşkunun aparıcılıq etdiyi “Matrax “adlı proqramda Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva haqqında səsləndirilən fikirlərlə bağlı sərt qərar verilib.

Radiounun proqramı 5 dəfə dayandırlmaqla yanaşı, bu quruma ən yüksək pul cəzası verilib. Radonunun gəlirinin 5 %-i əlindən alınıb.

Eyni vəziyyət 1 il içərisində təkrarlanarsa, radounun fəaliyyəti 10 günə qədər dayandırlacaq. Oxşar vəziyyət təkrarlanarsa, radonunun lisenziyasının ümumiyyətlə ləğv ediləcəyi bildirilir.

Bu qərar RTÜK tərəfindən indiyə kimi verilən ən sərt cəza kimi qiymətləndirilir.

Xatırladaq ki, bir müddət əvvəl də Azərbaycanda terrorcu FETO təşkilatının təbliğatını aparan kanalın fəaliyəti dayandırlmışdı.

Azərbaycan dövlətinin və xalqının lideri olan prezident və onun ailəsi haqqında bu cür fikirlərin səsləndirliməsi həm Türkiyədə, həm də Azərbaycanda kəskin etirazla qarşılanmışdı. Məhz Tükiyə dövlətindən də bu cür addım gözlənilirdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp