Selfi çəkən bloqer qatarın altında qaldı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Hindistanda dəmiryolu fonunda esktrimal selfi çəkdirmək fikri Heydərabad şəhərinin sakininə baha başa gəlib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bloqeri qatarın vurduğu anın görüntüsü “Youtube” videoportalına yerləşdirilib.  

Gənc ekstrim həvəskarı lokomotiv və vaqonlar fonunda maraqlı foto və ya videoçarx çəkməyə çalışıb, ancaq relslərə çox yaxınlaşıb. Hadisənin görüntüsündə dostlarının onu fikrindən daşındırmağa çalışdığını görmək olur, ancaq o, məsafənin təhlükəsiz olduğunu, hər şeyi düzgün hesabladığını deyib.

Xəsarət alan gəncə qısa zamanda tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətinin sabit olduğunu bildirir.

“YouTube”dakı videonun şərhlərində bəzi istifadəçilər bloqerin bu hərəkətini qınadığını və onun payını aldığını bildirib. Ancaq çoxları bloqerin toqquşmadan sonra sağ qalmasına heyrətlənib.

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

Selfi çəkən bloqer qatarın altında qaldı

Мужчину сбил поезд, пока он снимал видео-селфи

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp