Samsung smartfonların sürətini azaldır?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İtaliyanın antiinhisar xidməti “Samsung” şirkətinin öz yeni aparatlarını tanıtmaq üçün köhnə smartfonların işləmə sürətini qəsdən azaltmasını araşdırır. Qurum, həmçinin “Apple” şirkətini qanun pozuntusunda təqsirli  bilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, qurumun məlumatına görə, hər iki şirkət qurğuların sürətini azaldan proqram yeniləməsi çıxarıb. Bu halda istehsalçılar istifadəçiləri mümkün nəticələr haqda xəbərdar etməyib və bu qurğuların məhsuldarlığının lazımi səviyyədə saxlanılması üçün kifayət qədər informasiya verməyiblər. Qeyd edək ki, “Samsung” şirkəti bundan əvvəl məlumat vermişdi ki, proqram təminatının yenilənməsi nəticəsində prosessorun məhsuldarlığı azalmır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp