Salyanda avtomobil piyadanı vuraraq öldürüb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Həsənli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini, 1982-ci il təvəllüdlü Xanəliyev Rəşad Valeh oğlu yolu keçmək istəyən zaman onu naməlum minik avtomobili vuraraq öldürüb. Avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Rəşad Xanəliyevin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizasına gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp