Salyanda 2 nəfəri bıçaqlayıb qaçan şəxs tutuldu



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Yanvarın 24-də Salyan şəhər sakini olan 2 nəfərin xəsarətlə xəstəxanaya gətirilmələri barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

##619363# DIN-dən Milli.Az-a verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla ağır vəziyyətdə xəstəxanaya yerləşdirilənlərin şəhər sakinləri Nurməmməd Cəfərov Toğrul Abdulayev olmaları, münaqişə zəminində həmyerliləri Məhərrəm Babayev tərəfindən bıçaqlanmaları müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə  M.Babayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanılıb.

Qeyd edək ki, yanvarın 24-də Salyanda H.Əliyev prospektində şəhərin Ş.Hüseynzadə küçəsinin sakinləri – 1998-ci il təvəllüdlü Nurməmməd Telman oğlu Cəfərova 7, 1996-cı il təvəllüdlü Toğrul İlham oğlu Abdullayevə 4 bıçaq zərbəsi vurulub. Hər iki yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp