Səudiyyə Ərəbistanında dəvələrin gözəllik yarışı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Səudiyyə Ərəbistanında kral Əbdüləzizin şərəfinə keçirilən festivalda 12 dəvə mübarizədən uzaqlaşdırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, dəvələrin diskvalifikasiyasına səbəb sahiblərinin heyvanların dodaqlarını qalınlaşdırmaq üçün onlara botoks vurması olub.

Dəvə sahiblərindən biri deyib ki, heyvanların daha çox əzələli görünməsi üçün onlara hormonlar verilir, eyni zamanda dəvənin başının daha böyük olması üçün botoks vurulur.

Festival təşkilatçıları bildiriblər ki, yarışda iştirak edən heyvanlara hər hansı cərrahi və ya kimyəvi üsullarla müdaxilə qadağandır. Lakin ən gözəl dəvə sahibinə veriləcək 45 milyon avrodan çox pul mükafatı iştirakçıları qadağan edilmiş yollara əl atmağa sövq edir.

Bir ay davam edən festivalda 30 mindən çox dəvə iştirak edib.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp