Səudiyyə Ərəbistanı: botokslu dəvələr müsabiqədən uzaqlaşdırılıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Səudiyyə Ərəbistanında 12 dəvə gözəllik müsabiqəsindən kənarlaşdırılıb.

Səbəb isə onların sahiblərinin onları botoksla gözəlləşdirmək hiyləsi olub.

Minlərlə dəvənin iştirak etdiyi Kral Əbdüləziz Dəvə Festivalında heyvanlar dodaqları və hürgüclərinə görə yarışırlar.

üsabiqə iştirakçıları dəvələrin qaçışı və dəvə südünün dadına görə də təyin olunur. Hakimlər həmçinin gözəl görünən hürgüclərə, əzələ quruluşuna və dərili ağızlara diqqət edir.

Yarışın ümumi mükafat fondu 57 milyon dollardır.

dəvə festivalıMedia yazır ki, dəvələrin burunları, dodaqları və hətta çənələri botoks edilib.

The National saytı yazır ki, Əmirliyin ən yaxşı seleksiyaçılarından birinin oğlu Əli Əl Mazrouei-ə istinadən yazıb ki, dəvələrin burunları, dodaqları və hətta çənələri botoks edilib.

“Bu, adi dəvə başından daha şişkin görünüş yaradır: “ah, görün, onun başı nə qədər böyükdür. Böyük dodaqları, böyük burnu var”, o əlavə edib.

Festivaldan öncə Səudiyyə mediası, bir veterinarın dəvələrə plastik əməliyyat etmək, Botoks iynələri vurmaq və onların qulaqlarının həcmini azaltması iddiası ilə saxlandığını da yazıb.

dəvə festivalıSəudiyyə hakimiyyət orqanları bu festivala çox ciddi önəm verir.

Səudiyyə hakimiyyət orqanları bu festivala çox ciddi önəm verir.

Baş hakim Fawzan al-Madi bildirib ki, dəvə “Səudiyyə Ərəbistanı simvolu”dur.

Dəvə gözəllik müsabiqəsi 2000-ci ildən bəri keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp