“Səncə ikimiz bir yerdə, Səmədlə mənimki alınar?” – Canlı yayımda bu açıqlaması MƏƏTTƏL QOYDU



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“5/5″də qonaq olan Tacir Şahmaloğlu açıqlamaları ilə diqqət mərkəzində düşüb.

Milli.Az aparıcı Zaur Kamal ilə müğənninin dialoqundan bəzi məqamları təqdim edir:

Səməd Səmədovla toyda duet oxumusunuz?

– Səncə, ikimiz bir yerdə, Səmədlə alınar bizimki?

Kişi sənətçi qadın həmkarı ilə prinsipə girə bilərmi?

– Qadın xeylağı ilə nə prinsip apara bilərsən ki?! Onun qadınlığına hörmət etmək lazımdır.

Elə bir adam varmı, onu itirdiyinə peşmansan, səndən uzaqdadır?

– Var, atam! 1997-ci ildə atam gözlənilmədən qəzada dünyasını dəyişdi. 

Manaf toya baha gedir, siz?

– Manafın toya neçəyə getdiyin bilmirəm. Mən toy məsələsinə bir az fərqli yanaşıram. Loru dildə desək “Dama baxıb. qan alıram”.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp