Şəmkirdə avtomobil maneəyə çırpıldı – Xəsarət alanlar var



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkir rayonu ərazisində, Şəmkir şəhərinə istiqamətlənən yol ayrıcında baş verib. Hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetməni itirərək beton maneəyə çırpılıb. Qəza zamanı iki nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp