Şəkidə polis əməkdaşının intihara cəhdinin səbəbləri bilindi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Şəki rayonunda polis əməkdaşının intihara cəhd etməsinin bəzi təfərrüatları məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, intihara cəhd edən Elgün Rəsulov ailə üzvləri ilə mübahisə edəndən sonra bu addımı atıb.

Məlumata görə, polis əməkdaşının ailəsində həmin gün ailədə söz-söhbət olub və E.Rəsulov evi tərk edib. Daha sonra o, intihar etmək məqsədilə essensiya (sirkə) turşusu içib. Yaxınlarının köməkliyi ilə əvvəlcə Şəki şəhər Mərkəzi Xəstəxanasına, oradan isə Bakıya – Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə gətirilib.

Şöbə müdiri Azər Maqsudovun Trend-ə verdiyi son məlumata görə, intihara cəhd edən E.Rəsulovun vəziyyəti ağır olsa da, stabilləşməyə başlayıb: “Səhhəti tam normal deyil. Müalicə olunur, vəziyyəti nisbətən stabilləşməyə başlayıb”.

Xatırladaq ki, yanvarın 24-də şəhərin M.F.Axundov küçəsi, 3 ünvanında yaşayan, Şəki şəhər Polis Şöbəsinin əməkdaşı, 1987-ci il təvəllüdlü Elgün Nazim oğlu Rəsulov yüksək miqdarda essensiya (sirkə) turşusu içib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp