Roma Papası qeybət edən rahibələri terrorçu adlandırdı
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Roma Papası I Fransisk qeybət edən rahibələri terrorçularla müqayisə edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Roma Papası I Fransisk vurğulayıb ki, qeybət bomba kimidir. O deyib: “Kimsə onu işə salır, həyatlar məhv olur, qeybət edən isə heç nə olmamış kimi həyatını davam etdirir”.
Roma Papasının bu sözləri Perunun paytaxtı Limada rahibələr tərəfindən alqışlarla qarşılanıb. I Fransisk bir neçə ay əvvəl Banqladeşə səfəri zamanı da qeybətin pis əməl olduğunu vurğulamışdı.
Qeyd edək ki, ötən həftə Roma Papası Çili və Peruda səfərdə olub.
Milli.Az