Robot alim yeni dərman kəşf edib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Kembric Universitetinin tədqiqatçıları süni intellekt vasitəsilə malyariya əleyhinə yeni dərman yaradıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, malyariya təkcə Afrika və Cənub-Şərqi Asiyada ildə yarım milyondan çox insanın həyatına son qoyan təhlükəli xəstəlikdir. Malyariyanın profilaktika və müalicəsi ilə bağlı daha bir problem malyariya plazmodilərinin bəzi ştammlarının (malyariya törədicisi) dərmanlara qarşı tez immunitet yaratmasından ibarətdir və bu səbəbdən daim təhlükəli mikroorqanizmin yeni “zəif yer”lərini axtarmaq lazım gəlir.

Plazmodiyə hansı vasitələrlə qalib gəlməyin mümkünlüyünü müəyyənləşdirmək üçün alimlər “Eve” adlı robot alimdən istifadə ediblər. Süni intellekt analiz zamanı belə qənaətə gəlib ki, yeni dərman triklozan maddəsi (ağız boşluğunda bakteriyalarla mübarizə üçün diş məcununun tərkibinə əlavə edilir) ola bilər. Triklozan yağlı turşu və hüceyrələrin  qidalanması sintezində iştirak edən enoil reduktaz fermentini azaldır.

Məlum olub ki, triklozan malyariya plazmodisi mərhələlərindən birinin inkişafının qarşısını ala bilir. Lakin aparılan eksperimentlər zamanı alimlər tərəfindən müəyyənləşdirilib ki, triklozan plazmodinin digər fermentinə – digidrofolatreduktaza da təsir göstərir. Onun bundan əvvəl malyariya əleyhinə digər dərmanla – pirimetaminlə qarşısı alınmağa cəhd göstərilsə də, dünyada bu dərmana qarşı dayanıqlı ştammlar mövcuddur. Məhz triklozan hətta bu dayanıqlı plazmodi ştammlarına qarşı effektiv olub. Triklozanın istehsalının ucuz olmasını nəzərə alaraq yeni dərmanın kütləvi istehsalına yaxın vaxtlarda başlanacağı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp