“Real” uduzdu və İspaniya Kubokundan kənarda qaldı – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Real Madrid” komandası İspaniya Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Leqanes”i qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyun qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində Xavyer Eraso (31-ci dəqiqə) və Qabriel (55-ci dəqiqə) fərqləniblər. Meydan sahiblərindən Kərim Benzema seçilib (51-ci dəqiqə).

Xatırladaq ki, komandalar arasında ilk oyun yanvarın 18-i baş tutmuşdu və “Real”ın 1:0 hesablı qələbəsi ilə bitmişdi.

Beləliklə, səfərdə vurulan qolların hesabına “Leqanes” komandası İspaniya Kubokunun yarımfinalına yüksəlib.

İspaniya Kuboku. 1/4 final. 2-ci matç

“Real” – “Leqanes” – 1:2

Qollar: 0:1 – Eraso – 31, 1:1 – Benzema – 47, 1:2 – Qabriel – 55

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp