QHT və siyasi partiyalarda bu məhdudiyyət qadağan edilir



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycanda əlillərin qeyri-hökumət təşkilatlarında (QHT), siyasi partiyalarda fəaliyyətinə məhdudiyyət qoyulmasının qadağan edilməsi təklif olunur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 33-cü (siyasi və ictimai həyatda iştirak) maddəsinin 3-cü bəndinə əsasən, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının nizamnamələri həmin təşkilatların fəaliyyətində əlilliyi olan şəxslərin iştirakını məhdudlaşdırmamalıdır.

Qanun layihəsi Milli Məclisin Sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp