“Qarşıma təmiz insan çıxsaydı…” – Silah satıcısı tutuldu – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə Masallı rayonunda qeydiyyatda olan Ələddin Abdullayevin üzərində qanunsuz olaraq silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, bölmə əməkdaşlarınnın həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb.

Saxlanılan şəxs ilkin ifadəsində odlu silah-sursatı satmaq niyyəti ilə üzərində gəzdirdiyini bildirib:

“Ayağımı vuranda gördüm ayağıma dəyən dəmirdir. Götürdüm baxdım ki, silahdır, xoşuma gəldi. Həvəskarı olduğum üçün qoydum üstümə. Səbail parkına gəldim. Orada polislər məndən şübhələndilər və yaxınlaşdılar apardılar bölməyə. Mən parkda gəzəcəkdim özüm üçün. Əgər təmiz, xoşuma gələn insan çıxsaydı qabağıma 200-300 manata satacaqdım”.

Faktla bağlı 39-cu Polis Bölməsində toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı isə araşdırmalardan sonra məlum olacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp