Qadını küçənin ortasında döyüb çantasını götürüb qaçdı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Yanvarın 24-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisində qadına qarşı quldurluq edilməsi barədə məlumat daxil olub.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən məlumatla əlaqədar müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün axşam saatlarında naməlum şəxsin Bakı şəhər sakini İ.Mirzəyevanı Q.Şərq küçəsində yaşadığı binanın qarşısında döyərək içərisində 475 manat, 89 ABŞ dolları, 60 avro və sənədləri olan çantasını götürərək qaçdığı məlum olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda polis əməkdaşları tərəfindən müəyyən edilərək “isti izlər”lə saxlanılıb.  

Araşdırmalarla onun Salyan rayon sakini Şahin Məmmədov olması müəyyən edilib. Quldurluq yolu ilə əldə etdiyi çanta maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.  

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp