PSJ Neymarı bu şərtlə “Real”a sata bilər
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
PSJ braziliyalı futbolçusu Neymar karyerasını İspaniya “Real Madrid”ində davam etdirmək istəyir. O “kral klubu”nda aşağı maaşa oynamağa da razıdır.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Paris klubu 26 yaşlı hücumçunu bir şərtlə buraxa bilər. Bunun üçün PSJ bu ilə Çempionlar Liqasının qalibi olmalıdır. Yeri gəlmişkən, adıçəkilən komandalar ÇL-nın 1/4 finalında üz-üzə gələcəklər.
Qeyd edək ki, Neymar ötən yay 222 milyon avro qarşılığında “Barcelona”dan PSG-yə transfer olub. Fransa çempionatında keçirdiyi 15 oyunda 15 qol vurub, 13 məhsuldar ötürmə verən forvardın illik maaşı 38 milyon avrodur.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində