“Prezident İlham Əliyevin Davosda BTQ dəmir yolu haqqında fikirləri bu layihəyə diqqəti daha da artıracaq”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu haqqında səsləndirdiyi fikirlər bu layihəyə diqqəti daha da artıracaq.

Milli.Az xəbər verir ki, bunu Trend-ə TRACECA proqramının Azərbaycan üzrə milli katibi, yükdaşımalar üzrə ekspert Akif Mustafayev deyib.

O vurğulayıb ki, Prezident İlham Əliyev hər şeyi lazım olan vaxtda və lazımi yerdə dedi: “Bu, forumda iştirak edən bir çox iş adamlarının, dövlətlərin və hökumətlərin diqqətini Bakı-Tbilisi-Qarsa cəlb etdi”.

BTQ-nin əhəmiyyətindən danışan ekspert xatırladıb ki, bir neçə gün əvvəl Çinin Urumçi şəhərindən yük qatarı yola düşüb: “Bu qatar Qazaxıstan, Xəzər dənizi, BTQ vasitəsilə Azərbaycan və Gürcüstandan keçməklə İstanbula, oradan da Avropaya 8-10 günə çatacaq”.

A.Mustafayev vurğulayıb ki, bu sahədə daha bir mühüm addım nəqliyyat prosesinin rəqəmsallaşdırılması olacaq:

“Daşıma ilə bağlı bütün əməliyyatlar, o cümlədən gömrük bəyannamələrinin və digər sənədlərin rəsmiləşdirilməsi elektron formada aparılmalıdır. Bununla da yüklərin gəlməsinə qədər bütün prosedurlar başa çatır və yük gömrükdə gözləmir. Bu, rəqəmsallaşmaya doğru ilk addımdır, sonra ödəniş də rəqəmsallaşdırıla bilər. Bütün bunlar Azərbaycanda edilməlidir ki, biz qonşulara örnək olaq. Biz bu dəhlizi ən qısa, ən cəlbedici rəqəmsal dəhlizə çevirməliyik”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp