Özcan hamilə sevgilisinə xəyanət etməsindən danışdı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Aktyor-müğənni Özcan Dəniz özündən 20 yaş kiçik hamilə sevgilisi Feyza Aktana keçmiş sevgilisi Buse Narcı ilə xəyanət etməsi xəbərinə açıqlama gətirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Özcan haqqında çıxan məlumatların yanlış olduğunu bildirib. O, İnstaqram səhifəsində yazıb:

“Bu gün haqqımda çıxan xəbərlər həqiqəti əks etdirmir. Oteldəki görüntülər isə montaj olunub. Oranın hara olduğu və mənim orada nə etdiyim bəlli deyil. Bu məsələ ailəmdən də gizli saxlanılmır. Ona görə bu məsələnin üstündə dayanmırıq”.

Məsələ ilə bağlı aktrisa Buse də açıqlama yayıb. O, mətbuat işçilərindən hər iki tərəfin ailəsinə hörmət etməyi xahiş edib:

“Bu gün çıxan xəbərlər tamamilə əsassızdır. Onunla bir ildir görüşmürəm. Yaxınlarda uşağı olacaq. Ona görə hər iki ailəyə hörmət etməyinizi xahiş edirəm”.

Qeyd edək ki, bu gün Özcanla keçmiş sevgilisi Busenin otellərin birində görüşdüyü iddia olunub. Gizlicə görüşən keçmiş sevgililərin hətta görüntüləri yayılıb. 

Xatırladaq ki, Dənizlə Narcı 1 il yarım əvvəl ayrılıblar. Ondan sonra aktyor Feyza ilə görüşməyə başlayıb. Hazırda 6 aylıq hamilə olan Aktanın oğlu dünyaya gələcək. Cütlük yaxınlarda nikah masasına oturmağı planlaşdırır. 

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp