“Oyan Azərbaycan” qəhrəmanları xatırladı – FOTO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Şənbə səhəri “Oyan Azərbaycan” xalqımızın yaddaşına qanlı hərflərlə həkk olunmuş 20 Yanvar faciəsinə həsr olundu. 

Aparıcı Firuzə Cəlilova efirə bu sözlərlə başladı: “Bu gün 1990-cı il 19-dan 20-nə keçən gecə xalqın düşmənə sipər olmasından düz 28 il keçir. Baxmayaraq ki, o faciə baş verəndə biz uşaq idik. Amma hər 20 yanvarda o faciəni dünənmiş kimi xatırlayırıq.”

Sevinc Şirinovanın 20 Yanvara hesr etdiyi süjetin sonunda ana mən şəhid olmuşam mahnısını da müğənni Çingiz Mustafayev klip çəkərək yaddaşa həkk etdi.

Verilişin ilk qonağı şəhidlərin doğmalarını və 20 Yanvar iştirakçılarını birləşdirən “20 Yanvar İctimai birliyi”nin sədri Sultan Əzimzadə oldu. Söhbət zamanı Birliyin üzvlərindən və fəaliyyətindən bəhs etdi. Efir hərbi və vətənpərvər mahnıların ifaçısı Şəmistan Əlizamanlının “Qoy var olsun İstiqlalım, Azərbaycan! “

Billurə Mikayıllı süjetində şəhidlik zirvəsinin nə olduğunu söylədi. Heydər Rəsulzadə isə bizi 20 Yanvar hadisələrində son nəfəsinə qədər  insanların yardımına çatan və şəhidlik zirvəsinə yüksələn polis qəhrəmanımızla tanış etdi..

Orxan Əliyevin qəhrəmanı isə 20 Yanvar hadisələrində qəhrəmancasına iştirak edib fiziki məhdudiyyət qazanıb.

Efir əməkdar artist Zaur Əmiraslanov və xalq artisti Bilal Əliyevin vətənpərvər ifaları ilə davam edərkən,  əməkdar artist Hüsniyyə Mürvətovanın ifasında şeir dinlədik.

Efirin sonunda aparıcı sözü gənc ifaçı Məlik Ramizə verərək bu sözlərlə yekunlaşdırdı : “Bu faciədə biz bir çox analarımızı da itirdik. Elə ən çox acı çəkən və bu mübarizəni faciə kimi yaddaşına həkk edənlərdə analar oldu. Məhz bunun üçün də son olaraq Məlik Ramizdən “Ana” ifasını xahiş edəcəyik.

Bazar səhərinə isə “Oyan Azərbaycan” unudulmaz insan  Azərbaycanın xalq şairi, ictimai xadim, millət vəkili Zəlimxan Yaqubun ad günü idi. Vasif Həsənov  də bu dəyərli insanı, şairin yaradıcılığını onun dostları ilə birgə xatırlayıb.

“Oyan Azərbaycan” verilişini aparıcı-jurnalist Firuzə Cəlilovanın təqdimatında şənbə və bazar günləri saat 09.00-dan 11:00-dək Xəzər TV-nin efirində izləməyi unutmayın.

Qeyd edək ki, Trend.az, Day.az, Milli.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın layihə rəhbəri Firuzə Cəlilova, redaktorları Mətanət Babayeva və Gülnar Məmmədovadır. Foto dəstəyi Bakupic Group-a aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 9.00-11:00 radələrində efirə çıxır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp