Orqanizmdə həll olan implantat hazırlanıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Həkimlər pasiyentlərdə, məsələn, beyin şişi kimi xəstəliklərə nəzarət etmək  istədikdə bəzən sensor implantasiya edirlər və bu sensor hər dəfə təzyiqə məruz qaldıqda oxunan elektrik siqnalı saçır. Problem ondadır ki, bu sensorlar istifadədən sonra pasiyentin bədənindən çıxarılmalıdır və bu,  əlavə əməliyyat tələb edir. Ancaq indi alimlər tərəfindən yaradılmış yeni qurğu zamanla pasiyentin orqanizmində öz-özünə həll olunacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Konnektikut Universitetinin komandası tərəfindən yaradılmış elastik sensor ABŞ Ərzaq və Dərman Preparatlarına Nəzarət İdarəsi tərəfindən cərrahi tikişlər, sümük transplantatları və tibbi implantatlarda istifadə üçün təhlükəsiz hesab edilən materiallardan yaradılıb. Sensor təzyiq hiss edən kimi zəif siqnal saçır və bu siqnal bədəndən kənarda yerləşən qurğu tərəfindən aşkar edilə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp