“Oğlumun videosunu görəndə halım pisləşdi”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Elə insanlar var ki, mövzu yarada bilirlər. Məndə alınmır. Jurnalistlər yazıb, onların qələmlərinə hörmət edirəm.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Brilliant Dadaşova “Hər şey daxil” verilişində deyib. 

Müğənni küsülü olduğu xalq artisti Aygün Kazımova ilə Ajda Pekkanın Bakı konsertində barışması xəbərlərinə münasibət bildirib. O, belə bir halın yaşanmadığını söyləyib.

Dadaşova mərhum xalq artisti İlhamə Quliyevadan da danışıb. O bildirib ki, yaranan qruplaşmalarda yer almaq istəməyib:

“Tolik mənə zəng vurub dedi ki, İlhamə Quliyeva sizinlə danışmaq istəyir. O da başqasına qarşı birləşməyimizi istədi. Kiminləsə qruplaşıb başqasına qarşı çıxa bilmərəm. İlhamə şər-böhtandan qorxan adam deyil. Görürdüm ki, gənclər çox çəkinir. Sadəcə olaraq, onlar qorxurdular ki, İlhamə Quliyevanın ətrafı genişdir, yol kəsə bilər”.

Müğənni türkiyəli müğənni Ferhat Köçerin onun bek-vokalçısı olmasından söz açıb:

“Türkiyədə Zülfi Divanəli ilə konsert vermişəm. Ferhat Köçer bek-vokalçımız olub. Heç vaxt etdiklərimi danışmamışam. Bunlar boş şeydir. Əsas odur ki, tamaşaçının qəlbinə yol tapasan”.

B.Dadaşova oğlu Cahadın bu yaxınlarda yayılan videosundan bəhs edib. Motosikleti sürətlə sürən övladına əsəbiləşən müğənni narahat olduğunu söyləyib:

“Ona motosiklet alanda atası hirsləndi. Söz vermişdi ki, 70-100-dən artıq sürməyəcək. İnstaqramı açdım, videonu görüb halım pisləşdi. Mən Bakıda, o Türkiyədə… Telefonuna zəng vurdum, açmadı. Yazdım ki, İstanbula gəlirəm. Bilir ki, dedimsə, edirəm. Daha sonra telefonla danışdım. Mənim canıma and içdi ki, yüksək sürətlə sürməyəcəm. Mənə deyir ki, maşını 160-la sürürsən”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp