Növbəti “iPhone” necə olacaq? – FOTO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Apple”ın növbəti “iPhone” modelinin zahiri görünüşü və xüsusiyyətləri barədə söz-söhbətlər, iddialar, təsvirlər səslənməyə və yayılmağa başlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu ilin payızında təqdimatı keçiriləcək yeni modelin (“iPhone XI”) ehtimal olunan dizaynı barədə internetdə fotolar yayılıb. “iDropNews” portalında yerləşdirilən təsvirlər “iPhone XI” barədə dedi-qodular nəzərə alınaraq hazırlanıb. 

 

İlkin informasiyaya əsasən yeni cihaz daha nazik çərçivəyə və kiçildilmiş “kəsiyə” malik olacaq. Gözlənilir ki, “Apple” Face ID skanerinin “datçik”lərini birbaşa ön kameraya inteqrasiya edə bilər, bu isə “kəsiyin” sahəsini azaldacaq.

 

Gələcək “iPhone”da iki SİM-kart yeri də olacağı proqnozlaşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp