Netanyahu Moskvaya gedir



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İsrailin baş naziri Benyamin Netanyahu yanvarın 29-da Moskvaya səfər edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İsrail hökumətinin dəftərxanası səfrin tarixi barədə bildirməklə yanaşı, baş nazirin Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini də qeyd edib.

Məlumatda qeyd edilir ki, iki lider görüşü yanvar ayının əvvəlində telefon danışığı zamanı dəqiqləşdiriblər.

Qeyd edək ki, daha öncə Rusiay prezidentinin mətbuat katibi Dmitriy Peskov da görüş barədə məlumat vermişdi.

Görüşdə ikitərəfli münasibətlərin inkişaf istiqamətlərinin müzakirə ediləcəyi gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp