NATO-nun baş katibi Türkiyəyə məsləhət verib
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Türkiyə Suriyada qüvvədən proporsional şəkildə istifadə etməlidir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
“Bütün ölkələr kimi, Türkiyə də özünümüdafiə hüququna malikdir. Lakin biz istərdik ki, bu proporsional və düşünülmüş şəkildə olsun”- deyə Yens Stoltenberq Madriddə səfəri çərçivəsində jurnalistlərə bildirib.
Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin