“Minecraft”ın auditoriyası 23 milyon nəfər artıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Microsoft” korporasiyasında “Minecraft” bölməsinin yeni rəhbəri Helen Çanq bildirib ki, əfsanəvi oyunun satışının həcmi 144 milyon ədədə çatıb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bildirilir ki, onlardan 23 milyon nüsxəsi ancaq son bir il ərzində satılıb. 2017-ci ilin dekabr ayında isə oyunun aktiv istifadəçilərinin sayı bir ay ərzində 74 milyon nəfər artıb. 

Çanq əlavə olaraq bildirib ki, bu gün üçün bölmə “Minecraft” oyununun qrafikasında böyük bir yenilənmənin tərtibatı ilə məşğuldur. Bu yenilənmə oyunun görünüşündə ciddi dəyişikliklərin edilməsini nəzərdə tutur. 

Ancaq hələlik işlər yekunlaşmayıb və tərtibatçılara oyunun tam işlənilməsi üçün əlavə zaman tələb olunacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp