Messidən Ardaya vida mesajı – FOTO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Barselona”nın ulduz oyunçusu Lionel Messi qış transfer pəncərəsində komandadan ayrılan Arda Turan, Xaiver Maskerano və Rafinya üçün sosial şəbəkə hesabı üzərindən vida mesajı yayımlayıb.

Milli.Az xəbər verir ki, Messi mesajında türk futbolçuya bu sözləri yazıb:

Ölkəndə yeni başlanğıcda sənə bol şans arzulayıram. Əminəm ki, hər şey möhtəşəm olacaq.

Leo İnter“ə transfer olan Rafinya və “Hebey Çayna Fortuna“ya keçən Maskeranoya da karyeralarında uğur diləyib.


“Rafinya, İtaliyada sənə uğurlar arzulayıram. Səni izləyəcəyik. Maskerano, bu qədər oyunlar və yaşanan anlardan sonra sənə minnətdaram. Səndən ötrü darıxacağıq. Paltardəyişmə otağında yerin görünəcək. Tezliklə millidə görüşəcəyik. Hər üçünüzü bağrıma basıram”, – Messi paylaşımda qeyd edib.

Qeyd edək ki, Arda Turan Türkiyənin “Başakşəhər” klubuna transfer olunub. 

Adil Nəcəfov

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp