Mariya Zaxarova: Türkiyə çətin tərəfdaşdır



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Türkiyə çətin tərəfdaşdır.

Milli.Az oxu.az-a istinadən bildirir ki,bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.

Kürd jurnalistlərin Türkiyənin Afrində keçirdiyi əməliyyatla bağlı Rusiyanın dəqiq mövqeyinin olmadığı ilə bağlı sualına cavabında Rusiya XİN sözçüsü ölkəsinin mövqeyinin bəlli və dəqiq olduğunu vurğulayıb.

Kürd jurnalistlərin Türkiyənin Afrində keçirdiyi hərbi əməliyyatlara və Suriyadakı kürd qruplaşması PYD-nin (Demokratik İttifaq Partiyası) nümayəndələrinin Rusiyanın kürdlərə xəyanət etməsi ilə bağlı suala cavab verən M. Zaxarova Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi əməliyyata görə Rusiyanın məsuliyyət daşımadığını söyləyib:

“Bəli, Türkiyə çətin tərəfdaşdır. Lakin Rusiya çətinliyindən asılı olmayaraq daim Türkiyə ilə kürd problemini müzakirə edir. Rusiya kürd siyasi qüvvələrinin Suriya münaqişəsinin nizamlanmasına cəlb olunması üçün əlindən gələni edir”.

Rusiya XİN sözçüsü kürdlərin nümayəndələrinin Soçidə keçiriləcək Suriya Milli Dialoqu Konqresinə dəvət olunduğunu da qeyd edib:

“Kürdlərin nümayəndələrinə də dəvətnamələr göndərilib. Məsələ onlarlıqdır, təkcə dəvəti qəbul etməklə deyil, bu formatda fəal iştirak etmək lazımdır”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp