Manyak həkim 175 il həbs aldı – ABŞ idmanında qalmaqal – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

ABŞ-ın idman gimnastikası üzrə sabiq baş həkimi Larri Nassar 175 il müddətinə azadlıqdan məhrum olunub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, o, yetkinlik yaşına çatmamışlara tibbi prosedurlar adı ilə təcavüz etməkdə suçlanır.

54 yaşlı L.Nassar ilkin olaraq 7 qıza təcavüzdə ittiham olunurdu. Lakin məhkəmədə 156 qadın və onların qohumları Nassarı zorakılıqdla suçlayıblar.

Larri Nassar Miçiqan Universitetində həkim olub, sonra idman gimnastikası üzrə ABŞ yığmasında çalışıb. 2017-ci ilin noyabrında o, yetkinlik yaşına çatmamış bir neçə gimnast qıza tibbi prosedurları yerinə yetirmək adı ilə təcavüzdə ittiham olunmuşdu.

Larri Nassarı suçlayanlar arasında 2012-ci il Yay Olimpiya Oyunlarının çempionu Qabriela Duqlas, Eli Raysman, Makkayla Maroni və Cordin Uiber də vardı.

Miçiqan Universiteti və ABŞ-ın gimnastika yığması da cinayətlərdə cavabdeh sayılıblar.

İddiaçılardan biri, Larissa Boysun dediyinə görə, o, hələ 1997-ci ildə baş məşqçiyə Nassarın əməllərindən danışsa da, heç nə dəyişməyib. Boysdan sonra Nassarın əməllərindən ən azı 6 nəfər şikayətlənib.

54 yaşlı Larri Nassar əməllərini etiraf etdiyindən onun həbs cəzası 40 ilə endirilib. Bu cəza Nassarlda bağlı əvvəlki məhkəmə prosesində ona qarşı çıxarılmış 60 illik həbs cəzasının müddəti başa çatandan sonra başlayacaq.

Hakim Rozmari Akvilinanın dediyinə görə, Larri Nassarın əməlləri düşünülmüş, hesablanmış, manipulyativ və qəddar olub: “Sizə cəza vermək şərəfinə və imtiyazına malikəm. Həbsxana divarlarını nə zamansa tərk etmək imkanına layiq deyilsiniz. Elə bu dəqiqə Nassara ölüm hökmünü imzaladım”.

Larri Nassar ötən ildən bəri həbsdədir. Ötən ilin dekabrında o, uşaq pornoqrafiyası saxlamaqda və yaymaqda suçlanaraq 60 illik həbs almışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

89 idmançı həkimi təcavüzlərdə suçladı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp