“Macarıstan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyünə hörmət çərçivəsində həll olunmalıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu “Azernews“a müsahibəsində Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi deyib.

Səfir qeyd edib: “Macarıstanın bu məsələdə qəti mövqeyi ondan ibarətdir ki, münaqişə dinc yolla Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində həll olunmalıdır”.

Diplomat xatırladıb ki, ötən ilin noyabrında “Şərq tərəfdaşlığı” sammitinin yekununda qəbul olunmuş bəyannamədə Avropa İttifaqı bir daha bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini ifadə etmişdi:

“Sammit iştirakçıları regionda həll olunmamış münaqişələrin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə nizamlanması üçün səyləri bərpa etməyə çağırıb”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp