Məşhur sənətçi vəfat etdi – FOTO
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Britaniyanın “The Fall” postpank qrupunun banisi və solisti, 61 yaşlı Mark Smit vəfat edib.
Milli.Az The Guardian-a istinadən bildirir ki, ölümün səbəbi barədə rəsmi açıqlama verilməyib.
Ötən il sənətçinin səhhəti kəskin şəkildə pisləşmişdi.
Smit “The Fall”ı 19 yaşında yaratmışdı. Əvvəlcə o, qrupda gitarada ifa edib, sonra isə bəstələdiyi mahnıları oxumağa başlayıb.
Mark Smiti abstrakt sosial məzmunlu mahnılarla qeyri-adi vokal texnika fərqləndirirdi.
Mövcudluğu dönəmində heyəti 58 dəfə dəyişmiş “The Fall”ın 100 studiya və konsert albomu, 40 sinqli var.
“The Fall” ən məşhur və nüfuzlu postpank qruplardan biridir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin