Məşhur futbolçu və arvadı həbs olundular
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Britaniyanın tanınmış futbolçularından biri, “Brayton ənd Houv Albion” klubunun forvardı Qlen Mürreylə xanımı Steysi həbs olunublar.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 34 yaşlı futbolçu ilə 39 yaşlı həyat yoldaşı 1,2 milyon funt-sterlinq məbləğində vergi fırıldaqlarında suçlanırlar.
Polis ailənin Sasseksdəki 2 milyon funtluq evində axtarış aparıb, kompüterləri, şəxsi və işgüzar yazışmaları müsadirə edib.
Mürreylə arvadı pullu zəmanətə buraxılıblar.
34 yaşlı Qlenn Mürrey 2016-cı ildən bəri “Brayton”un heyətində oynayır. Futbolçu bu mövsümdə İngiltərə premyer-liqasında 22 matçda meydana çıxıb, 6 qol vurub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin