“Lotu Quli” Ukraynanı da ələ keçirir?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Lotu Quli öz emissarlarını Ukraynaya göndərib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, onlar Ukraynada azərbaycanlılara məxsus restoran, kafe, ticarət mərkəzlərinin sahiblərinə Qulinin salamlarını çatdırır və onun himayəsini təklif edirlər.

Məlumata görə, Lotu Qulinin Ukraynadakı əsas dəstəkçisi isə yerli oliqarx Vaqif Əliyev və “Oleq Bakinski” ləqəbli Oleq Krapivindir. Xəbərdə o da deyilir ki, Ukraynada Quliyə müqavimət göstərəcək kriminal avtoritet qalmayıb.  Tanınmış ukraynalı qanuni oğrular Serqey Lısenko (“Lera Sumskoy”)  Moskvada yaşayır, Andrey Nedzelski (“Nedelya”) Ukraynaya qayıtmağa qorxur, Serqo Qlonti (“Quqa”) isə deportasiya edilib. Ona görə də Ukraynanı, necə deyərlər, fəth etmək Quli-Əliyev-Bakinski üçlüyü üçün çətin olmayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp